Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İcraçı direktor islahatların Azərbaycan reytinqinə təsirlərini açıqladı

Abunə olmaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, Azərbaycan “Hökumətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib
Vüsal Qasımlı: “Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 100 faizə yaxındır”

“Azərbaycan Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi” subindikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib: “Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, Hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, Hökumətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, Hökumətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, Hökümətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0