Nargis Fund tərəfindən təşkil edilmiş yarmarka artıq yeddinci dəfədir Bakıda keçirilir. Bu il o, yanvarın 13-nə qədər açıq olacaq.
Bu məkan hər il olduğu üçün əsl Yeni il açıqcasına bənzəyir – bayram musiqisi, eksklüziv əl işləri, çoxlu dadlı yemək və Şaxta Baba ilə tanışlıq. Sanki uşaq nağıllarından çıxmış evciklər par-par parıldayır, nağıl personajları uşaq və böyükləri qarşılayır.
Ötən illərdə olduğu kimi, burada yığılan vəsaitlər Nargis fonduna müraciət edən uşaqların əməliyyat və müalicəsinə xərclənəcək.