BAKI, 7 dekabr — Sputnik. 2020-ci ildə "Apple" şirkəti beş yeni "iPhone" modelini təqdim edə bilər.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ şirkəti ekran diaqonalı 6,7 düym olan üç kameralı smartfon buraxacağı gözlənilir. Üç kameralı daha bir yeni məhsul isə 6.1 düym ekran ölçüsündə olacaq.
Məlumata əsasən, eyni diaqonalda iki kameralı model də satışa çıxarıla bilər.
Bundan əlavə, "Apple" şirkəti 5,4 düym ekranlı bir kameralı və 4,7 düym diaqonala malik smartfonları da istifadəçilərə təqdim edəcək.
Qeyd olunur ki, ən kiçik ekrana malik smartfonun istehsalına 2020-ci ilin birinci yarısında başlanılacaq.
Daha 4 modelin istehsalı isə 2020-ci ilin ikinci yarısında başlanacaq və bu smartfonların hər biri 5G ilə işləyəcək.