BAKI, 7 dekabr - Sputnik. Bakının Suraxanı rayonunun ərazisində, Zığ-Hövsan yolundakı "Qum adası" deyilən ərazidə ağır yol-nəqliyyat qəzası baş verib.
Saat 19:30-da Hövsan istiqamətində hərəkət edən 90 MK 572 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobus yolu keçmək istəyən 50-55 yaşlı naməlum şəxsi vurub.
Hadisə şahidlərinin Sputnik Azərbaycan-a bildirdiyinə görə, piyada aldığı zərbədən hadisə yerində keçinib.
Qəzanı törədən "Mercedes Vito" 28 May - Hövsan marşrutu ilə işləyən "manatlıq taksi" olub.