CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç ildən sonra Bakıda yalnız belə avtobuslar işləyəcək

© © Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Üç ildən sonra Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriklə işləyən avtobusların istismar edilməsi əsas hədəf istiqamətlərindəndir.

BAKI, 6 dekabr — Sputnik. Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacəkmə aksiyası keçirilib. Bakı Nəqliyyat Agentliyinin bir qrup əməkdaşı da aksiyaya qatılıb. Aksiyada Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən 100-ə yaxın ağac əkilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun əsas hədəflərindən biri də ekoloji mühitin qorunması və bu sahədə ekoloji amillər nəzərə alınmala töhfə verməkdir: "Yeni və ekoloji cəhətdən təmiz avtobusların istismara verilməsi ilə sərnişinlərin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması, bununla da, yaranan tıxacların qarşısının alınması hədəf olaraq hesablanıb. Bunun əsas məqsədi, ekologiyaya buraxılan zəhərli qazaların miqdarını minimuma endirməkdir. Ekoloji amillər nəzərə alınmaqla ətraf mühitin qorunması, eləcə də, 2022-ci ildən Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz (CNG) və ya elektrik mühərriklə işləyən (Hybrid) avtobusların istismar edilməsi əsas hədəf istiqamətlərindəndir".

Həmçinin qeyd olunub ki, hazırda paytaxtda 300 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və ətrafı çirkləndirməyən, komfortlu "İVECO" markalı avtobuslar istismar edilir: "Eyni zamanda Agentlik tərəfindən daha 300 yeni nəsil Avro 6 standartlarına cavab verən "BMC" markalı sıxılmış təbii qazla (CNG) işləyən avtobuslar gətirilib".

Xəbər lenti
0