CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evsiz insanların son ümid yeri - Gələnlərdən sənəd tələb etmirlər

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial Sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermək olar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Son günlər paytaxtda müşahidə olunan soyuq hava şəraiti Bakıda evsiz insanların sığınacaq problemini yenidən gündəmə gətirdi. Hər il qış aylarında, xüsusilə qarlı və yağışlı havalarda evsiz insanların daldalanması üçün paytaxtın müxtəlif ünvanlarında çadırlar qurulsa da, bu mövsüm belə çadırlar gözə dəymir. Qarşıda isə bizi qarlı-şaxtalı hava şəraiti gözləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin dekabr ayına olan hava proqnozunda havanın orta aylıq temperaturunun ayrı-ayrı dövrlərdə normadan bir qədər aşağı olacağı bildirilir. Məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Sputnik Azərbaycan qarlı-şaxtalı havalarda evsiz insanlar üçün sığınacaq imkanlarını araşdırıb.

Gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilir ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağı və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, çadırları belə müəssisələr əvəzləyir: "Ötən qış mövsümündə olduğu kimi, bu qış mövsümündə də kəskin hava şəraitinin olması səbəbindən faktiki vəziyyətdə sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Fondun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Sosial Sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermək olar. Sığınacaqlara yerləşdiriləcək şəxslər burada ilk növbədə tibbi müayinə olunduqdan sonra yataqla, yeməklə təmin olunacaqlar. Onlara zəruri sosial-məişət xidmətləri göstəriləcək".

Fonddan bildirdilər ki, hələ ki bu mövsüm evsiz insanlardan müraciət daxil olmayıb:

"Qaydalara əsasən, sığınacaqlara qəbul sənədlər əsasında aparılır. Amma məhz kəskin soyuqlarda, qarlı-şaxtalı havalarda sənəd tələb edilmədən ehtiyacı olan şəxslər bu müəssisələrə yerləşdirilirlər".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, hazırda evsiz, küçədə gecələyən insanların son ümid yeri Dövlət Sosial Müdafiə Fondunun sığınacaqlarıdır: "Çünki bu gün Azərbaycanda QHT-lərin belə bir imkanı yoxdur. Əslində, evsiz insanlar üçün sığınacaqların çox olması daha yaxşı olardı. Amma təəssüf ki, QHT-lərin bəzilərinin məişət zorakılığı qurbanları üçün sığınacaqları olsa da, evsiz insanlar üçün belə bir müəssisələr yoxdur. Yaxşı olardı ki, bu xidmətin göstərilməsi üçün QHT-lərə imkan yaradılsın. Bu gün bu xidmət DSMF tərəfindən həyata keçirilir. Ola bilər ki, gələcəkdə QHT-lərə belə sığınacaqların yaradılması üçün maliyyə ayrılsın. Bu, daha yaxşı təşəbbüs olar. Çünki QHT-lərin yaratdığı sığınacaqlarda bu gün xeyli sayda yaşayış yeri olmayan insan yaşayır".

Xəbər lenti
0