CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə “həyəcan” düyməsi yaradılır – Baş nazir qərar verdi

© Sputnik / Murad OrujovКнопка тревоги, фото из архива
Кнопка тревоги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında "həyəcan" düyməsi ilə təmin edilir

BAKI, 6 dekabr — Sputnik. Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər təsdiqlənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Дошкольная группа, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni təhsil müəssisəsini hər kəs səhv salır - bağçadır, yoxsa məktəb?

Qərarla müəyyən olunub ki, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında "həyəcan" düyməsi ilə təmin edilir. Maliyyə Nazirliyi dövlət ümumi təhsil müəssisələrinin "həyəcan" düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin edəcək. Maliyyə Nazirliyi bunu Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırmalıdır.

Xəbər lenti
0