Yarış həm uşaqlar, həm də böyüklər arasında keçirilib. Qızğın və dinamik keçən yarışmanın iştirakçılarını ailə üzvləri və dostları dəstələyib.
Yarışda yalnız 10 yaşından yuxarı uşaqlar iştirak etmək hüququ qazanıb. Bu nəqliyyat vasitəsini idarə etməyi öyrənmək çətin deyil. “Kart”larda yalnız iki pedal var – qaz və əyləc. Maşını idarə etmək bacarığından daha çox, sürücülərə adrenalin, cürət və sürət sevgisi gərəkdir.
Hər qalib medal, kubok və hədiyyələr təbrik edilib. Birinci yerin sahibi Ziya Əlizadə isə Sputnik Azərbaycan-a açıqlamasında özündən daha çox şey gözlədiyini etiraf edib.
Çempionat Azərbaycan Avtomobil Federasiyasının dəstəyi və Sputnik Azərbaycanın informasiya dəstəyi ilə keçirilib.