SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışında iştirak edib - FOTO

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında iştirak edib, eləcə də zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub

BAKI, 5 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışında iştirak edib - FOTO - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev həmçinin Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında
Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışında iştirak edib - FOTO - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında

Həmçinin Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışında iştirak edib - FOTO - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb. Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Xəbər lenti
0