SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Erməni həmkarımla ciddi danışıqlar apardıq – Məmmədyarov detalları açıqladı

© ©REPORTВстреча глав МИД Азербайджана и Армении Эльмара Мамедъярова и Зограба Мнацаканяна
Встреча глав МИД Азербайджана и Армении Эльмара Мамедъярова и Зограба Мнацаканяна - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır

BAKI, 5 dekabr — Sputnik. Dağlıq Qarabağın münaqişəsinin nizamlanmasında ilk addım erməni qoşunlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən dərhal çıxarılması olmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

"Mənim ölkəmin mövqeyi dəyişməzdir. Dünən mən erməni həmkarımla 3,5 saat ərzində danışıqlar apardıq. Mən deyə bilərəm ki, bu olduqca ciddi və ağır danışıqlar oldu. Çox təəssüf ki, hələ də həll olunmamış məsələlər var", - deyə Məmmədyarov qeyd edib.

Nazir vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin mərhələli yolla həlli məsələsini müzakirə ediblər.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.

Çavuşoğlu münaqişənin hələ də həll olunmadığını, Azərbaycan torpaqlarının işğal altında qalmaqda davam etdiyini deyib.

Xəbər lenti
0