Lukaşenkodan maraqlı açıqlama: "Bu, hətta "qardaş Rusiya"ya da aiddir"

© REUTERS / Valentyn OgirenkoАлександр Лукашенко по время официального визита в Киев
Александр Лукашенко по время официального визита в Киев - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu ölkə iqtisadi, siyasi və hərbi sahədə tərəfdaşdır. Belarus – Rusiya mehriban qonşuluğu zamanın sınağından keçib"

BAKI, 5 dekabr — Sputnik. Belarus heç vaxt başqa bir ölkənin tərkibinə daxil olmağa hazırlaşmayıb və hazırlaşmır da. Bu, hətta "qardaş Rusiya"ya da aiddir. Sputnik Belarus xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko altıncı və yeddinci çağırış Belarus parlamentarilərinə müraciətində bildirib.

Prezidentin sözlərinə görə, bu gün Belarus – Rusiya əlaqələrinə xüsusi diqqət ayrılır: "Rusiya Federasiyası – bizim strateji tərəfdaşımızdır və orada bizim qardaşlarımız yaşayır. Bu ölkə iqtisadi, siyasi və hərbi sahədə tərəfdaşdır. Belarus – Rusiya mehriban qonşuluğu zamanın sınağından keçib".

Xəbər lenti
0