Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Üçtərəfli fındıq layihəsi hazırlanır

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidПродажа фундука
Продажа фундука - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli nazir bildirib ki, ölkəsi ildə 600 min ton fındıq istehsal edir. Azərbaycan da bu sahədə böyük paya malikdir

BAKI, 5 dekabr — Sputnik. Türkiyə Azərbaycanla qida, əkinçilik, heyvandarlıq, meşəçilik və su-meliorasiya sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli deyib.

Artıq bu sahə üzrə ciddi əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirən türkiyəli nazir kənd təsərrüfatı ekspertlərinin hazırlanmasında Türkiyənin ölkəmizə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib.

Bekir Pakdemirli bildirib ki, ölkəsi ildə 600 min ton fındıq istehsal edir. Azərbaycan da bu sahədə böyük paya malikdir. Fındıq istehsalı sahəsində Azərbaycan və Gürcüstanla birgə fəaliyyət imkanları var. Onun sözlərinə görə, hər üç dövlətin kənd təsərrüfatı nazirləri dünya bazarlarında birgə iştirakla bağlı razılığa gəliblər və fındıq ixracının birgə həyata keçirilməsi üçün layihələr hazırlanıb.

Xəbər lenti
0