CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Texniki nasazlıq aradan qaldırılıb

© Sputnik / Anar MustafayevПоезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива
Поезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.

BAKI, 5 dekabr — Sputnik. Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

Xəbər lenti
0