BAKI, 5 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 6-da havanın əsasən yağmursuz olacağı, lakin Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.