BAKI, 5 dekabr — Sputnik. "Bu şəhərdə" komandasının senaristi Müşviq Abbasovun mənzil qalmaqalı ilə bağlı problemi bitmir.
Sputnik Azərbaycan xəbər verir ki, o, evinin qanunsuz əlindən alındığını iddia edir:
"Görəsən, bu şəhərdə yalnız məndən, yoxsa hamıdan əlində dövlət notariusunun təsdiqlədiyi alqı-satqı ilə mənzil alandan, Dövlət Əmlak Komitəsinin verdiyi çıxarışı (kupçası) ola-ola, 4 il məhkəmələrdə sürünəndən, vəkillərə pullar xərcləyəndən sonra bir ömür pul yığıb aldığı evini-mülkünü alıb kiməsə verirlər? Yoxsa hər şəhərdə, hamıda belədir? Allah xalqımızı mərdimazardan, ev yıxandan şərindən qorusun".
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, M.Abbasovun illər əvvəl aldığı 145 min dollarlıq evini sahibi əlindən almağa çalışıb. "Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3 il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar", - M.Abbasov deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.