BAKI, 5 dekabr — Sputnik. Moldova hökuməti üç ölkədən səfirin geri çağırılması barədə qərar qəbul edib.
Sputnik Azərbaycan Moldova mətbuatına istinadən xəbər verir ki, geri çağırılan səfirlər arasında Azərbaycandakı diplomatik nümayəndəliyin rəhbəri Georgi Leuka da var.
Azərbaycanda olan səfirlə yanaşı Portuqaliyadakı səfir Dumitru Sokolan və Estoniyadakı səfir İnqa İonese də geri çağırılıb.
Məlumata görə, G.Leuka və D.Sokolan Moldova XİN-də dövlət katibləri vəzifəsində çalışacaqlar.