Azərbaycan səfiri sabiq naziri oğurluqda ittiham edib

© AP Photo / Nasser NasserBoş kreslo, arxiv şəkli
Boş kreslo, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İndi google-da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri" kimi təqdim olunur

BAKI, 5 dekabr — Sputnik. Azərbaycanın Macarıstandakı səfiri, sabiq Xarici İşlər naziri, ədəbiyyatşünas alim, araşdırmaçı Vilayət Quliyev keçmiş rabitə naziri Nadir Əhmədovu onun məqaləsini oğurlamaqda ittiham edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə diplomat öz "Facebook" səhifəsində yazıb.

"Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, sabiq rabitə naziri Nadir müəllim Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunan "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib.

İndi google-da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri" kimi təqdim olunur", - deyə V.Quliyev yazıb.

Səfirin sözlərinə görə, məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin eks-nazir elə hesab edib ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə yaraşır:

"Amma yeni peyda olmuş "qocaman ədib" heç olmazsa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi. Görünür, "Oğrudan oğruya halaldır" prinsipi ilə hərəkət edən Ülviyyə Tahir qızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən "Xalq cəbhəsi qəzeti"ndə öz araşdırması kimi çap etdirib (bax. "Türk ordusunun azərbaycanlı generalları", "Xalq cəbhəsi qəzeti", 25 aprel 2014-cü il, www.xalqcebhesi.az.news.accident )

Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu "müəlliflərə" təşəkkür etməkdir".

Xəbər lenti
0