CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölüm xəbəri yayılan deputatdan yeni xəbər var

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
71 yaşlı deputat Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır və səhhəti yaxşılaşmağa doğru gedir

BAKI, 4 dekabr — Sputnik. Leyla Abdullayeva, Sputnik Azərbaycan

Dünən axşam saatlarında səhhəti pisləşən və hətta ölüm xəbəri yayılan yəhudi əsilli millət vəkili Yevda Abramovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Bu barədə Sputnik Azərbaycan-a onun yaxın qohumları bildirib.

© © Milli Mejlis of the Azerbaijan RepublicAzərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov
Ölüm xəbəri yayılan deputatdan yeni xəbər var - Sputnik Azərbaycan
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov

71 yaşlı deputat Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. Yaxınları bəzi saytların dəqiqləşdirilməmiş xəbər yazmalarından narahat olduqlarını və bunun etik olmadığını bildirərək, deputatın səhhəti ilə bağlı yoxlanılmamış xəbərləri yaymamağı xahiş edirlər.

Onu da qeyd edək ki, Yevda Abramov xərçəng xəstəliyindən əziyyət çəkir.

 

Xəbər lenti
0