Tramp Kanada Baş Nazirini söydü və sammitdən ayrıldı

© REUTERS / Kevin LamarqueПрезидент США Дональд Трамп и премьер-министр Канады Джастин Трюдо
Президент США Дональд Трамп и премьер-министр Канады Джастин Трюдо - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti güman edir ki, Trüdonun onu ələ salması Vaşinqtonun Ottavaya tələbi ilə bağlıdır. Belə ki, ABŞ Kanadadan alyansa daha çox pul ayırmağı istəyir

BAKI, 4 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş Naziri Castin Trüdonu ikiüzlü adlandırıb.

Sputnik Azərbaycan “The Independent”ə istinadla xəbər verir ki, bu barədə o, Londonda NATO-nun 70 illiyinə həsr olunmuş sammit zamanı Almaniya kansleri Angela Merkellə görüşdən sonra jurnalistlərə deyib. Tramp bu sözü Trüdonun onu ələ salmasına cavab olaraq işlədib.

Встреча лидеров России и Франции Макрона и Путина - Sputnik Azərbaycan
TƏHLİL
"Ölü beyin"lə yubiley: Rusiya NATO-dakı fikir ayrılığından qalib çıxa biləcəkmi?

Bundan dərhal sonra Tramp sammiti tərk edib. ABŞ prezidenti güman edir ki, Trüdonun onu ələ salması Vaşinqtonun Ottavaya tələbi ilə bağlıdır. Belə ki, ABŞ Kanadadan alyansa daha çox pul ayırmağı istəyir.

“Trüdonu yaxşı adam kimi tanıyıram, lakin fakt budur ki, mən onun NATO-nun hərbi büdcəsinə lazımi vəsaiti ödəmədiyini və 2 faizlik tələbə əməl etmədiyini dedim, ola bilsin ki, bu, onun xoşuna gəlməyib”, - deyə D. Tramp vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Kanadanın Baş Naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş Naziri Boris Conson və Niderlandın Baş Naziri Mark Ruttenin görüntülərinin əks olunduğu 25 saniyəlik video yayılıb. Onlar videoda ABŞ Prezidenti D. Trampın görüşlərə gecikməsi barədə zarafatlaşaraq gülüblər.

Xəbər lenti
0