SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstan-Azərbaycan əməkdaşlığını genişləndirmək üçün böyük potensial var

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidМонумент "Астана-Байтерек" в Нур-Султане
Монумент Астана-Байтерек в Нур-Султане - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov qeyd edib ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində ölkəsi dünyanın 50 rəqabətə davamlı dövləti sırasına daxil olub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 dekabr - Sputnik. Bu gün Qazaxıstan 2050-ci ilə qədər inkişaf strategiyası çərçivəsində inamla inkişaf etməyə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu ölkənin müstəqilliyinin 28-ci ildönümü ilə bağlı keçirilən rəsmi qəbulda bildirib.

Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycanda bağlanan səfirlik öz işini bərpa etdi

O, qeyd edib ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində ölkəsi dünyanın 50 rəqabətə davamlı dövləti sırasına daxil olub. Səfir vurğulayıb ki, hazırkı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin bundan sonrakı inkişafını təmin edir.

Çıxışı zamanı səfir Qazaxıstan və Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var: "Biz ATƏT, BMT, Türk Şurası və MDB kimi beynəlxalq və regional təşkilatlarda çox sıx şəkildə əməkdaşlıq edirik. Qeyd etmək istəyirəm ki, Qazaxıstan həmişə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz bunu yüksək qiymətləndiririk".

Xəbər lenti
0