Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda 8 aylıq hamilə qadın öldü

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Talış kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb

BAKI, 4 dekabr — Sputnik. İsmayıllıda ana olmağa hazırlaşan qadın dünyasını dəyişib.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Qubada dəhşətli hadisə: Doqquz aylıq hamilə qadın intihar etdi

Sputnik Azərbaycan-ın  Reporta istinadla məlumatına görə, hadisə axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb.

Ailə üzvləri onu halsız vəziyyətdə təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

8 aylıq hamilə olan Nərminə İbrahimovanın ölümünün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0