BAKI, 4 dekabr — Sputnik. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilməli olan imtahanın vaxtı dəyişdirilib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 461 nömrəli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Bununla əlaqədar olaraq dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə 2020-ci il yanvarın 6-da keçirilən müsahibələrdə iştirakı nəzərdə tutulan namizədlərin müsahibələri 2019-cu il dekabrın 28-də keçiriləcək.
Namizədlər müsahibələrin qrafiki ilə DİM-in saytından tanış ola bilərlər.