BAKI, 4 dekabr — Sputnik. Prezident İlham Əliyev Naftalan şəhəri və Hacıqabul rayonunun İcra Hakimiyyəti başçılarını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bununla əlaqədar ölkə başçısı müvafiq sərəncamlar imzalayıb.
Sənədlərə görə, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu vəzifəyə Rüstəm Gülabba oğlu Xəlilov təyin olunub.
Həmçinin Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.