BAKI, 3 dekabr — Sputnik. Bakıda ölümlə nəticələnən ölüm hadisəsi baş verib. Hüququ mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, ölüm hadisəsi Binəqədi rayonunda qeydə alınıb.
Canpolad Qurbanov dekabrın 2-də qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.
Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam etdirilir.