Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 3 dekabr- Sputnik. Balakən rayonunun "Beşbulaq" adlanan hissəsində intihar hadisəsi baş verib. 30 yaşlı qadının cəsədi sözügedən ərazidəki meşə massivində ağacdan asılmış vəziyyətdə aşkar edilib.
Qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olduğu bildirilir. Onun intihar etdiyi ehtimal edilir. Qadının hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.