BAKI, 3 dekabr — Sputnik. Gənc türk ifaçılar Arzu Eldemir və Dünya Tekin "Harman yeri" verlişində məşhur Azərbaycan kompozisiyası "Can Qarabağ"ı oxuyublar.
Sputnik Azərbaycan-ın məlumatına görə, müğənnilərin çıxışı sürətlə sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub. Müğənnilər kompozisiyanı möhtəşəm ifa ediblər, ona görə də müsbət rəylər alıblar. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Eldemir və Tekinə Qarabağla bağlı mahnını seçdikləri üçün təşəkkür ediblər.
Посмотреть эту публикацию в Instagram
Bu mahnının müəllifi Bəhram Nəsirovdur. "Can Qarabağ"ı müxtəlif illərdə yaşlı və gənc nəsildən olan bir çox məşhur Azərbaycan müğənniləri ifa edib. Bu mahnı əsasən xalq artisti Arif Babayevin repertuarında səslənib.