CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsildə şikayətləri yeni qurum dinləyəcək

© Photo : Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiBakı məktəblərin birində tədris prosesi, arxiv şəkli
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz çalışırıq ki, fərdi problemlərlə yox, daha çox təhsildə kütləvi narahatlığa səbəb olan problemlərin həlli istiqamətində iş aparılsın, həmin problemlərin həllinə nail olaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbayacan

BAKI, 3 dekabr — Sputnik. Azərbaycanda təhsil sahəsində olan çatışmazlıqların, neqativ halların aradan qaldırılması ilə daha bir qurum məşğul olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyi yanında İctimai Şura təhsildə keyfiyyətin və şəffaflığın təmin edilməsi istiqamətində iş aparacaq. Bu barədə bu gün Texniki Universitetdə Təhsil Nazirliyi yanında İctimai Şuranın keçirdiyi tədbirdə məlumat verilib. Şura öz fəaliyyət planını ictimaiyyətə açıqlayıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Şahlar Əsgərov Şuranın fəaliyyəti barədə geniş məlumat verib. O, ictimaiyyətə Şuranın üzvlərini təqdim edib. Bildirib ki, Şuranın fəaliyyəti Təhsil Nazirliyinin əmri ilə tənzimlənir. O, Şuranın fəaliyyətində ictimai mənafeyin əsas tutulacağını, bu sahədə problemlərin təhsil sahəsində səlahiyyətli şəxslərin diqqətinə çatdırılacağını söyləyib.

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tıxac, təhsil, yeni tikilən göydələnlər – bunları nə birləşdirir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov isə bildirib ki, 2019-2020-ci illər üzrə fəaliyyət planında ictimaiyyəti təhsillə bağlı narahat edən bir sıra məsələlər öz əksini tapıb: "Biz ümid edirik ki, bu fəaliyyət planının icrası nəticəsində təhsillə bağlı nəzərdə tutulmuş bir sıra problemlərin, çatışmazlıqların aradan qaldırılmasına nail ola biləcəyik. Təhsilin idarəedilməsi ilə bağlı ictimai nəzarətin həyata keçirlməsi fəaliyyət planının əsas istiqamətindən biridir. Əlbəttə ki, ictimai nəzarətin həyata keçirilməsi yönündə əsas işlərdən biri də KİV-lə əməkdaşlıq və təhsildə olan məsələlərin ictimailəşdirilməsidir. İnanırıq ki, fəaliyyət planının icrasından bir il sonra biz ciddi nəticələrdən danışa biləcəyik".

İ. Orucov deyib ki, fəaliyyət planında müəllimlərin, direktorların işə qəbulu, bütövlükdə təhsil mühitinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, aşkarlığın təmini məsələləri öz əksini tapıb: "Bizə fəaliyyətə başladığımız vaxtdan indiyədək təhsillə bağlı vətəndaşlardan çoxlu sayda şikayət və müraciətlər daxil olub. Amma biz çalışırıq ki, fərdi problemlərlə yox, daha çox təhsildə kütləvi narahatlığa səbəb olan problemlərin həlli istiqamətində iş aparılsın, həmin problemlərin həllinə nail olaq. Təhsildə kütləvi narazılığa səbəb olan problemlərdən biri orta və ali təhsildə keyfiyyət problemidir. Dərsliklərlə bağlı problemlər var. Dərs yükü çox ciddi narazılıq doğuran məsələdir. Çalışacağıq ki, bu problemlərin aradan qaldırılması istiqamətində əməli iş görülsün."

İ. Orucov artıq Şuranın sosial şəbəkələrdə səhifələrinin yaradıldığını, təhsillə bağlı müraciətlərin həm sosial şəbəkələr üzərindən, həmçinin də elektron. yaxud telefon vasitəsilə qəbul edildiyini bildirib.

Xəbər lenti
0