CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oksana Rəsulovanın ehtiraslı "Sevgi romanı"nın treyleri yayılıb

© © Oksana Rəsulova tərfindən təqdim olunub"Sevgi romanı" bədii filminin çəkilişləri
Sevgi romanı bədii filminin çəkilişləri - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni ilin ikinci ayında məşhur rəqqasə Oksana Rəsulovanın ehtiraslı "Sevgi romanı" filminin premyerası olacaq. Onun rəsmi treyleri yayımlanıb.

BAKI, 3 dekabr — Sputnik. Çoxdandır həyəcanla gözlənilən "Sevgi romanı" filminin rəsmi treyleri yayımlanıb. Filmin baş rolunu məşhur rəqqasə Oksana Rəsulova oynayır.

Rəqqasə Sputnik Azərbaycana bildirib ki, filmin premyerası 13 fevral 2020-ci il tarixində keçiriləcək. O, filmdə təkcə aktrisa kimi çıxış etmir, eyni zamanda onun prodüseridir. Filmin çəkilişləri Bakı və Nabranda aparılıb.

"Filmin çəkilişlər yüksək səviyyədə keçdi. Bizim əla komandamız var və hamımız yaxşı işlədik. Çox şadam ki, hər şey uğurla başa çatdı. Filmdə kaskadyor Etibar İsayevin sayəsində səhnələşdirilmiş döyüş səhnələrindən də istifadə edilib. Bu, məxsusi keçidləri, təlatümləri, aldatma və ehtirası ilə maraqlı olacaq həyəcanverici bir sevgi hekayəsidir.", - deyə Rəsulova bildirib.

Filmdə həmçinin Şəhriyar Əbilov, Azər Aydəmir, Zümrüd Bədəlova, Kazım Abdullayev, Vahid Əliyev, Abdulqəni Əliyev və başqaları çəkilib.

Filmin quruluşçu rejissoru Vüsal Hacıqadir, ideya müəllifi və icraçı prodüseri İsmayıl Bağırov, senari müəllifi Azər Aydəmir, quruluşçu-operatoru Şahmar Səfəroğlu, qrim ustası Nura Babayeva, döyüş səhnələrinin quruluşçusu Etibar İsayev, kostyumların rəssamı Rüfət Balakişiyev, quruluşçu-rəssam Qoşqar Cəlaldır. "Sevgi romanı" bədii filmi "OksiMedia production"ın rəhbərliyi altında çəkilib.

Qeyd edək ki, rəqqasə kimi tanınan Oksana Rəsulova 2012-ci ildən indiyə qədər "3 bacı", "Zaman adlı qatar", "Şər qarışanda", "Mələyin öpüşü", "Bayram axşamı" kimi filmlərə çəkilib.

Azərbaycanlı rəqqasə, Hindistanın "India's Best Cine Stars Ki Khoj" istedad şousunun qalibi olub.

Xəbər lenti
0