Moskvada Qızıl Meydanda ənənəvi BUM-Buz meydançası möhtəşəm şou ilə açılıb. Bu il meydançanın təşklil "Gecəniz xeyrə qalsın, uşaqlar" uşaq verilişinin 55 illiyinə həsr olunub.
Musiqili, yarmarkalı, isti içkilər və qəlyanaltılarla dolu tədbiri Olimpiya çempionu Tatyana Navka, fiqurlu konkisürmə üzrə bütün titulların sahibi Alina Zagitova və buz üstündə rəqslər üzrə dörd qitənin çempionatının ikiqat çempionu Pyotr Çernışov açıblar. Onlar "Yatmış gözəl. İki krallığın əfsanəsi" yeni şoudan fraqmentlər göstəriblər.
"QUM-Katok" 2020-ci il martın 1-dək saat 10:00-dan 23:30-dək işləyəcək. Buz meydançasının açılışından ən parlaq və maraqlı kadrlara Sputnik Azərbaycan-ın fotolentində baxın.
"Rossiya seqodnya" BİA və Sputnik "QUM-Katok"un, "Qızıl Meydandakı QUM-da yeni il yolkaları" və "QUM-Yarmarka"nın informasiya tərəfdaşıdırlar.