BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Bakı-Pirşağı dəmir yolu xəttində qatar qəzası baş verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bu barədə Sputnik Azərbaycan-a danışan N.Bayramova bildirib ki, hadisə ötən həftə sınaq işləri zamanı baş verib: "Hazırda həmin yolda hərəkət davam etdirilir, bu gün həmin yolla sərnişin daşınması işi həyata keçirilib".