CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədən gətirilən təhlükəli qida məhv edildi

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidТурецкие мандарины в одном из магазинов Омска
Турецкие мандарины в одном из магазинов Омска - Sputnik Azərbaycan
Abunə olmaq
Zərərli orqanizm məhsulun keyfiyyətini və görünüşünü aşağı salmaqla yanaşı, respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamamilə məhv olmasına səbəb olur

BAKI, 2 dekabr — Sputnik. AQTA əməkdaşları zərərvericilərlə sirayətlənmiş 500 kq naringini məhv etdilər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun həyata keçirdiyi fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC tərəfindən Türkiyə Respublikasından ölkə ərazisinə idxal edilən naringi məhsuluna baxış keçirilib.

Головы коров, фото из архива - Sputnik Azərbaycan
AQTA reyd keçirdi, bazarda 5,5 manata satılan ət aşkarlandı - FOTO

Baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyi müşahidə edilib və zərərli orqanizmlərin təyin olunması məqsədi ilə nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələri nəticəsində naringi məhsulundan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub.

Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir. Xarici karantin hesab edilən zərərli orqanizmin – Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib. Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.

Sözügedən zərərli orqanizm məhsulun keyfiyyətini və görünüşünü aşağı salmaqla yanaşı, respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamamilə məhv olmasına səbəb olur.

Xəbər lenti
0