BAKI, 2 dekabr — Sputnik. "OBA Market"dən alınan şokoladın içindən qurd çıxıb. Sosial şəbəkədə yayılan məlumata görə, hadisə Lökbatan qəsəbəsində baş verib. Bildirilir ki, nəticədə 4 yaşlı uşaq zəhərlənib.
Hadisə ilə bağlı Azərbaycan Qida Təhülkəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək araşdırılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin aidiyyəti şöbəsinə yönləndirilib.
Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.