BAKI, 2 dekabr — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi açıqlanıb. Bu barədə məlumat Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində baş tutacaq.
Xatırladaq ki, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.