BAKI, 1 dekabr – Sputnik. Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar Bərdə rayon sakinləri - Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğlu və adı hələlik məlum olmayan daha bir nəfərdir.
Faktla bağlı araşdırma aparılır.