Daha sağ qalan yoxdur – axtarışlar dayandırıldı

© AP Photo / Hektor PustinaАлбания после землетясения
Албания после землетясения - Sputnik Azərbaycan
Abunə olmaq
Albaniya paytaxtında 1465 binaya və yaxınlıqda yerləşən Durres şəhərində 900 binaya ciddi ziyan dəyib. Zəlzələ nəticəsində ölənlərin sayı 50 nəfər təşkil edib

BAKI, 1 dekabr – Sputnik. Albaniyanın xilasetmə xidmətləri zəlzələdən sonra keçirilən xilasetmə əməliyyatlarını dayandırıblar.

Sputnik Azərbaycan-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Edi Rama deyib.

Onun sözlərinə görə, ölkənin paytaxtında 1465 binaya və yaxınlıqda yerləşən Durres şəhərində 900 binaya ciddi ziyan dəyib.

Zəlzələ nəticəsində ölənlərin sayı 50 nəfər təşkil edib.

Xəbər lenti
0