Günəş: Türkiyə AVRO-2020-nin pley-offuna çıxmaq niyyətindədir

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidШенол Гюнеш
Шенол Гюнеш - Sputnik Azərbaycan
Abunə olmaq
Şenol Günəş futbol üzrə 2020-ci il Avropa çempionatının qrup mərhələsinin püşkatmasının nəticələrini şərh edib.

Türkiyə yığmasının futbolçularına 2020-ci il Avropa çempionatının qrup mərhələsində ciddi rəqiblər düşüb, ona görə də pley-offa çıxmaq uğrunda mübarizə kəskin olacaq. UEFA-nın mətbuat xidmətinin bildirdiyinə əsasən, Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bu fikirdədir.

Şənbə günü Buxarestdə AVRO-2020-nin qrup mərhələsinin püşkatması keçirilib. Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə komandaları ilə yarışacaq. Türk futbolçuları iyunun 12-də turnirin açılış oyununda Romada İtaliya komandası ilə görüşəcəklər.

"Bütün rəqiblərimiz son vaxtlar uğurla çıxış edirlər. İtaliya təsnifatda yalnız qələbə qazanıb, İsveçrə də yaxşı oyun göstərib. Uelslə oyun da şübhəsiz maraqlı olacaq. Kağız üzərində qrupumuzun favoriti İtaliyadır, lakin mən biz də hesabdan silməzdim. Biz qalib gəlmək və qrupdan çıxmaq niyyətindəyik", - deyə Günəş bildirib. 

"Bizim üçün xoşdur ki, sadəcə turnirdə çıxış etməyəcəyik, həm də Romadakı açılış oyununda iştirak etmək şərəfinə də nail olmuşuq. Belə oyunlarda tez-tez sürprizlər olur və biz də belə bir sürpriz göstərmək istərdik", - məşqçi əlavə edib.

Xəbər lenti
0