Azərbaycan Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir”. Bunu Azərbaycanın Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Bakıda işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə deyib.
Hərbi ekspert Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiyanın hərbi sənaye sahəsində əməkdaşlığı ölkələrimizin müstəqilliyi dövründən başlandı:
“O zamanlar Rusiya bazarı Azərbaycan üçün yeganə silah mənbəyi idi. Bu illər ərzində ölkələrimiz arasında hərbi sənaye sahəsində əməkdaşlıq inkişaf edib. Eyni zamanda ölkəmiz paralel olaraq digər ölkələrin hər sənaye kompleksləri ilə də əməkdaşlıq qurmağı bacarıb. Bu baxımdan Azərbaycanın Rusiya hərbi sənayesindən birbaşa asılılığı yoxdur. Amma Rusiya Azərbaycan üçün bir nömrəli hərbi bazar mövqeyini qoruyur”.