UEFA AVRO-2020-də irqçiliyin olmayacağına inanır

© Powered by UEFA.com ©UEFA.comUEFA EURO 2020 group stage draw
UEFA EURO 2020 group stage draw - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə 2020-ci il Avropa çempionatı bayram atmosferində keçirilməlidir, irqçilik təzahürləri isə qəbuledilməzdir. Bunu UEFA Baş katibinin müavini Corco Marketti deyib.

Şənbə günü Buxarestdə futbol üzrə 2020-ci il Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Nəticədə hansı millinin “B” qrupunda Rusiya, Belçika və Danimarka komandalarına rəqib düşəcəyi məlum olacaq – bu ya Finlandiya, ya da Uels komandası olmalıdır.

Qeyd edək ki, AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək.

“Təcrübəmiz göstərir ki, AVRO həmişə bayram atmosferində baş tutub. Əminik ki, bu dəfə də bu atmosfer idmanımızda yeri olmayan axmaq, bəzən də cinayətkar hallardan üstün olacaq. Heç bir irqçilik təzahürləri olmamalıdır. Bilirsiniz ki, biz uzun müddətdir onun futbolda hər bir təzahürün qarşısını sərt şəkildə alırıq və bu təcrübədən əl çəkmək niyyətində deyilik”, - Marketti jurnalistlərə deyib.

Xəbər lenti
0