Rusiya AVRO-2020-də çıxışına Belçika komandası ilə oyunla başlayacaq

© Sputnik / Grigoriy Sysoyev / Mediabanka keçidЖеребьевка финальной части ЕВРО-2020
Жеребьевка финальной части ЕВРО-2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Rusiya millisinin 2020-ci il Avropa çempionatının qrup mərhələsinin açılış matçındakı rəqibi müəyyənləşib.

Rusiyanın futbol üzrə milli komandası 2020-ci il Avropa çempionatının qrup mərhələsində çıxışını Belçika komandası ilə oyunla başlayacaq. Bu barədə Buxarestdə baş tutmuş püşkatma zamanı məlum olub.

B qrupunun oyunu iyunun 13-də Sankt-Peterburqda baş tutacaq.

Şənbə günü Buxarestdə keçirilmiş püşkatmanın nəticələrinə görə B qrupunda oynayacaq bütün dörd komanda artıq məlumdur. Bundan əlavə, qrupun oyunlarının cədvəli bəlli olub.

B qrupunun oyunlarının tam təqvimi bu şəkildədir:

13 iyun

Danimarka - Finlandiya (Kopenhagen),

Belçika - Rusiya (Sankt-Peterburq),

17 iyun

Finlandiya - Rusiya (Sankt-Peterburq),

18 iyun

Danimarka - Belçika (Kopenhagen),

22 iyun

Danimarka - Rusiya (Kopenhagen),

Finlandiya - Belçika (Sankt-Peterburq).

AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində - Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək. Turnirin final mərhələsində ikinci dəfə (birinci dəfə bu dörd il əvvəl baş verib) altı qrupa bölünmüş 24 komanda iştirak edəcək. Bakıda dörd qarşılaşma - “A” qrupunun üç oyunu, həmçinin dörddəbir final oyunlarından biri keçiriləcək.

Xəbər lenti
0