BAKI, 30 noyabr — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna tərəfinin xahişi ilə noyabr ayında Kiyevə planlaşdırılan səfərini təxirə salıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Zurabişvili Ukraynaya gələn il səfər edəcək. Bundan əlavə, Gürcüstan Prezident Administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Tbilisiyə səfər edəcəyinə dair məlumatı da təkzib edib.
Qeyd edək ki, daha əvvəl Zurabişvili bu ilin mayında Ukraynaya səfər edərək Zelenskinin andiçmə mərasiminə qatılıb.