BAKI, 30 noyabr — Sputnik. Belçika Federal hökumətinin Baş Naziri Şarl Mişel Avropa İttifaqı Şurasının yeni rəhbəri olub. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Məlumata əsasən, cümə günü Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə "Avropa" binasında keçirilən mərasim zamanı səlahiyyətlərini Şarl Mişelə təhvil verib.
Mişel öz səlahiyyətlərinin icrasına 1 dekabr 2019-cu il tarixindən başlayacaq.