CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA xəbərdarlıq etdi

© Sputnik / Murad OrujovСтанция метро Кероглу в Баку, фото из архива
Станция метро Кероглу в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.

BAKI, 30 noyabr — Sputnik. Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metrosunun "Koroğlu" stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin məlumatına istinala xəbər verir ki, Heydər Əliyev prospekti şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini bunun üçün təşkil olunan cib tipli dayanacaq məntəqəsində etsinlər. Bunu edərkən nizamlı şəkildə növbəlilik qaydalarına əməl etmələrini və yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla nəqliyyatın hərəkətini məhdudlaşdırmamalarını xahiş edirik.

Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı mənzil başına vaxtında uzlaşmalarına səbəb olur. Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.

Xəbər lenti
0