İraq nümayişçiləri ölkənin cənubundakı Nəcəf şəhərində İran konsulluğunun binasını yandırıblar. Bu barədə mənbəyə istinadən "Shafaq" agentliyi bildirib.
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, son bir neçə ayda İraq-İran münasibətlərində gərginlik müşahidə olunmaqdadır:
“Bir müddət əvvəl İran tərəfi İraqın Məşhəddə yerləşən konsulluğunun əməkdaşlarına qarşı diplomatik münasibətlərə yaraşmayan davranış nümayiş etdirmişdi. İraqdakı aksiyaların əsasında sosial səbəblər dayansa da, irəlis ürülən şüarlardan biri də İranın İraqdan çıxmasıdır. Amma İranın İraqdan çıxması asan başa gəlməyəcək. İran İraqda tək hərbi dəstələr yerləşdirməyib, eyni zamanda burada kifayət qədər böyük sərmayələri var. Yəni İran İraqda çox böyük kök salıbdır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz