CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə reysə çıxan avtobuslarla bağlı yeni tələb

CC0 / Alex Fu / BusAvtobus, arxiv şəkli
Avtobus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə reysləri riskli olduğundan, axşam reyslərinə istismar müddəti 5 ildən çox olmayan avtobuslar buraxılmalıdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Gecə reyslərində istifadə edilən avtobuslarla bağlı tələblər sərtləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

N.Allahyarova bildirib ki, gecə reysləri riskli olduğundan, axşam reyslərinə istismar müddəti 5 ildən çox olmayan avtobuslar buraxılmalıdır. N.Allahyarova bu addımın sərnişinlərin təhlükəsizliyi məqsədilə atıldığını bildirib. O, gündüz reyslərində isə bu tələbin 10 il olduğunu bildirib. N.Allahyarova söyləyib ki, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində iritutumlu, müasir, komfortlu, Almaniyanın "MAN" şirkətinə məxsus “Neoplan” avtobuslar ilə gecə reysləri həyata keçirilir.

Xəbər lenti
0