CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər narkotiki sükan arxasında qəbul edir

© AR Ministry of Internal AffairsАвтобус рейса Баку-Астара
Автобус рейса Баку-Астара - Sputnik Azərbaycan
Abunə olmaq
"Ola bilər ki, sürücü yolda narkotik maddə istifadə edib. Yolda hər hansı hadisə baş verərsə, yəni sürücü rol arxasında narkotik maddə qəbul edərsə, artıq bununla hüquq mühafizə orqanları iş aparır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Bu gün narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Saylan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi "Temza" markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb. Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olub. Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

© AR Ministry of Internal AffairsSürücü Ədalət Əliyev
Sürücülər narkotiki sükan arxasında qəbul edir - Sputnik Azərbaycan
Sürücü Ədalət Əliyev

Qeyd edək ki, sürücülərin narkotik maddə istifadə edərək sükan arxasında əyləşməsi hallarına tez-tez rast gəlinir. Bir müddət bundan əvvəl buna bənzər fakt paytaxtda sərnişindaşımada qeydə alınmışdı. Bu isə sürücülərin tibbi müayinə məsələsini gündəmə gətirir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ildə bir dəfə Əmək Məcəlləsinə uyğun olaraq işə götürülən sürücülər ümumi tibbi müayinədən keçərək tibbi arayış təqdim edirlər: "O zaman narkoloji yoxlama aparılır. İşə götürən işçinin narkotik istifadəçi olub-olmadığına əmin olmaq işə götürənin borcudur. Bundan sonra isə hər dəfə reys qabağı sürücülər tibbi müayinədən keçirilir. Reys qabağı tibbi müayinənin aparılması isə daşıyıcı şirkətə tapşırılıb. Daşıyıcılar reysqabağı tibbi müayinə üçün səhiyyə müəsisəsi ilə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında tibb müəssisəsinin işçiləri qarajlarda hər reysdən öncə sürücünü tibbi müayinədən keçirirlər. Bu prosesə narko və alko testlərdən keçirilmə də daxildir. Amma ola bilər ki, sürücü yolda narkotik maddə istifadə edib. Yolda hər hansı hadisə baş verərsə, yəni sürücü rol arxasında narkotik maddə qəbul edərsə, artıq bununla hüquq mühafizə orqanları iş aparır".

Xəbər lenti
0