Milli Məclisin buraxılması barədə məsələnin müzakirəyə çıxarılacağı gün bilindi

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Spiker Oqtay Əsədov bildirib ki, bununla bağlı Milli Məclis dekabrın 2-də plenar iclasını keçirəcək.

BAKI, 29 noyabr — Sputnik. “Parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatları V çağırış parlamentin buraxılması üçün prezidentə müraciət ediblər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, bununla bağlı Milli Məclis dekabrın 2-də plenar iclasını keçirəcək: “Bu təşəbbüsə mən də dəstək vermişəm. Müzakirələr dekabrın 2-də baş tutacaq”.

Xəbər lenti
0