CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə müəllimlərimiz şagirdlərə zülm edirmiş...

© AFP 2024 / FREDERICK FLORINАбитуриенты в ходе экзамена, фото из архива
Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabinetinin qərarına əsasən, ev tapşırıqları verildikdə, şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Şagirdlərin ev tapşıqları ilə yüklənməsi Milli Məclisdə problem kimi qaldırılıb. Deputat Elmira Axundova parlamentin plenar iclasında bildirib ki, orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər:

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tıxac, təhsil, yeni tikilən göydələnlər – bunları nə birləşdirir?

"Axı nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər onların üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Bunu proqramın gərginliyi ilə izah edirlər. 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar. Axı onlar uşaqdırlar. Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər".

Deputat təklif edib ki, I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun: "Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Bu qədər oturaq həyat tərzi keçirməklə uşaqların səhhətində ciddi problemlər yarana bilər".

Человек, работающий с документами  - Sputnik Azərbaycan
ELM
Xaricdə təhsil alanlar üçün xoş olmayan xəbər var

Bəs görəsən şagirdlərə ev tapşırığının verilməsini nizamlayan sənəd varmı? Şagirdlərə evə verilən tapşırıqların həcmi nə qədər olmalıdır?

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin ibtidai təhsilin kurikulumu şöbəsinin müdiri, dosent Bibixanım İbadova Sputnik Azərbaycan-a açıqlamasında bidirib ki, bu məsələ Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin təsdiq edilməsi haqqında Qərarı ilə tənzimlənir:

"Bu qərarın 2.2 bəndində tədris prosesi rejiminə dair tələblər öz əksini tapıb. Həmin tələblərdə göstərilib ki, ev tapşırıqları verildikdə, şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır. Belə ki, bu müddətlər 1-ci sinifdə dərs ilinin ikinci yarısından etibarən — 1 saata qədər, 2-ci sinifdə — 1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə — 2 saata qədər, 5-ci və 6-cı siniflərdə — 2,5 saata qədər, 7-ci və 8-ci siniflərdə — 3 saata qədər, 9-cu və 11-ci siniflərdə — 4 saata qədər təşkil etməlidir. Bu bütün fənlər üzrə nəzərdə tutulur. Yəni, 1-ci sinifdə təhsil alan şagirdə bütün fənlərdən ev tapşırığı elə verilməlidir ki, onların hamısını hazırlamaq şagirdin 1 saata qədər vaxtını alsın. Bu, qayda digər siniflər üçün də eynidir".

Etibar Əliyev - Sputnik Azərbaycan
Təhsil eksperti magistratura təhsilinin əmək bazarındakı önəmini şərh edir

B. İbadova bildirib ki, şagirdlərin ev tapşıqları ilə yüklənməsi qaydalara ziddir: "Ümumilikdə götürəndə şagirdə ev tapşırığı yaradıcı formada verilməlidir. Bu gün 1-ci sinif şagirdini repetitor yanına aparırlar. Əgər sinifdə müəllimə keçdiyi dərsi şagirdə mənimsədibsə, həmin tapşırığı həll etməyin "açarını" veribsə, şagirdə evə bir tapşırıq vermək kifayətdir. Müəllim şagirdə dərsin mahiyyətini açmalı, oxu texnikasını öyrətməlidir. Unutmaq olmaz ki, uşaqlarda psixologiya fərqlidir. Dərs şagirdə motivasiya yaratmaqla, maraq oyatmaqla öyrədilməlidir. İbtidai sinifdə şagirddən əsas düzgün oxuyub anlamaq tələb edilməlidir".

Şöbə müdiri deyir ki, əksər hallarda müəllimlər keçdikləri dərs üzrə evə bir neçə tapşırıq verirlər. Bu isə şagirdlərin repetitora müraciət etməsinə və yüklənməsinə gətirib çıxardır:

"Uşaqlar hətta günüuzadılmış qruplarda müstəqil hazırlığa başlayana qədər havada hərəkət fəallığı - gəzinti, hərəkətli idman oyunları, müəssisənin ərazisində ictimai faydalı əməklə məşğuliyyət təmin olunmalıdır. Sonra isə onlar müxtəlif intellektual tədbirlərdə , dərnəklərdə hazırlıq, zehni oyunlar, tamaşalar, özfəaliyyət konsertləri, viktorinalarda iştirak etməlidirlər. Çox təəssüf ki, dərsə gedən uşaqların asudə vaxtı qalmır".

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
Prezident Təhsil nazirinə yeni səlahiyyət verdi

Təhsil üzrə ekpert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ev tapşırıqları uşağın zəkasının inkişafında mühüm rol oynayır. Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi uşaqlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü -özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır.

Ekspertin fikrincə, ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Uşağı tamamilə dərsləri ilə baş-başa buraxmaq, onda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada söhbət uşaq yorulduqda onun yerinə dərslərini yazmaqdan getmir.

"Təəsüf ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxardır. Əvvəllər valideynlər uşağının dərslərinə köməklik edirdi, lakin indi proqram çox çətindir. Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, onda ona evdə boş vaxtlarında məşğul olmaq üçün ev tapşırığı verilə bilər. Yüksək nəticə göstərən şagirdə isə mövzuya aid daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, onda müəllimlə qalıb əlavə hazırlaşa bilər", - deyən Əsədov qeyd edib ki, ümumilikdə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir.

Ekspert deyir ki, uşağa təhsil məktəbdə verilməlidir. Evdə isə o, sırf fiziki tərbiyə ilə bağlı işlər görməlidir. Evə tapşırıqlar o həddə verilə bilər ki, şagirdin istirahətə vaxtı qalsın.

Пустые парты в школе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəblərə yeni dərsliklər paylanılıb

"Şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq, dərsə olan həvəs də itəcək. Müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin. Bəzən istər ibtidai, istərsə də ümumi orta təhsildə müəllim 10 tapşırığın hamısını bütün sinfə verir. Zəif şagird ən yaxşı halda onlardan ikisini, orta səviyyəli şagird yarısını, yüksək səviyyəli şagird isə hamısını edir. Belə olan halda sinifdaxili qiymətləndirmədə də yanlışlıqlar ortaya çıxır, zəif şagird elə zəif olaraq da qalır. Qymətləndirmənin düzgün aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər", - deyə Əsədov bildirib.

O, əlavə edib ki, hazırda 1-ci siniflərin KSQ və BSQ imtahanlarının ləğv edilməsi, kifayət qədər yükü azaldıb. Ancaq 1 və 2-ci sinif şagirdlərinin ilkin bilik və bacarıqları formalaşdığından, yazı qabiliyyətləri yarandığından, onlarda bu vərdişlərin itməməsi üçün oxu və yazı vərdişlərini əhatə edən ev tapşırığı olmalıdır.

Qeyd edək ki, şagirdlərin ev tapşırığı ilə yüklənməsi valideynləri də narahat edir. Valideynlər məktəbə gedən övladlarının ev tapşırığının çox olması səbəbindən asudə vaxt keçirə bilməməsindən şikayətlənirlər.

Xəbər lenti
0