CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Geyimi ilə əməli düz gəlməyən qadın saxlanılıb

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis tərəfindən saxlanılan zamanda onun əynində dini geyim və hicab olub. Polis əməkdaşları İradə Xuraminacatın digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

BAKI, 29 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən rayon sakini, 49 yaşlı İradə Xuraminacat saxlanılıb. Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

İlkin dindirmə zamanı saxlanılan qadın törətdiyi cinayət əməllərini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində vətəndaşların etibarından istifadə edərək, onlara torpaq sahələri satacağını, yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, zərərçəkənlərə xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də rayon ərazisində balıq məhsullarının satış mərkəzinin təşkil edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 40.000 manatdan çox pulunu dələduzluq yolu ilə mənimsədiyi müəyyən edilib.

Qeyd edək ki, İradə Xuraminacat törətdiyi cinayət əməllərinin məsuliyyətindən yayınmaq məqsədilə bir müddət Bakı şəhərində yaşayıb və ətrafdakılara özünü dindar bir şəxs kimi təqdim edərək, üzünün tanınmaması üçün dini geyimlərdən, həmçinin hicabdan istifadə edib. Polis tərəfindən saxlanılan zamanda onun əynində dini geyim və hicab olub.

Polis əməkdaşları İradə Xuraminacatın digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Xəbər lenti
0