SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

YAP seçkilərlə bağlı qurultay keçirməyəcək

© Photo : REPORTYeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli
Yeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əhmədov YAP-ın qərar qəbuletmə strukturlarının olduğunu deyib: “Layiqli namizədləri müəyyənləşdirmək əsasdır”

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 noyabr – Sputnik. Yeni Azərbaycan Partiyasının bu günə qədər olan praktikasına görə, parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

Ə.Əhmədov qeyd edib ki, YAP-ın qərar qəbuletmə strukturları var: "Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçiciləri inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.

Xəbər lenti
0