Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Toplanan sığorta haqları azalıb

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов на столе
Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
Abunə olmaq
Könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

BAKI, 27 noyabr — Sputnik. 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 225.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta necə işləyir - hesabat verildi

2019-cu ilin yanvar-oktyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8%-i könüllü, 29.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 4% və ya 7.4 mln. manat, icbari növlərində isə 7% və ya 9 mln. manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9.9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25% və ya 5.7 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 28% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 5% və ya 0.5 mln. manat) artım özünü göstərməkdədir.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% və ya 5.1 mln. manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olub.

Деньги, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27% (8 mln. manat) artım olub.

Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 mln. manat və həyatın yaşam sığortası 2.6 mln. manat artım olub. Azalma isə əsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 mln. manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 mln. manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 617.2 milyon manat məbləğində sığorta haqları toplanıb, 205.9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Xəbər lenti
0